» » » Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər – 5 zorlama və...

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər – 5 zorlama və...

Azərbaycanda sərxoş vəziyyətdə törədilən cinayətlər – 5 zorlama və...

Azərbaycanda 2015-ci ildə sərxoş vəziyyətdə törədilmiş cinayətlərin statistikası məlum olub.

Ucarliyiq.biz modern.az-a istinadən xəbər verir ki, ölkədə baş verən cinayət hadisələrindən 572-si sərxoş vəziyyətdə törədilmiş cinayətlərdir.

Hadisələrdən 105-i ağır və xüsusilə ağır cinayətlər, 19-u qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 31- qəsdən sağlamlığa ağır zərər vurma, 5 zorlama və zorlamaya edilən cəhddir.

Rəsmi statistikaya görə, hadisələrdən 44-ü oğurluq, 11-i mənzillərdən oğurluq, 9-u soyğunçuluq, 6-sı quldurluq, 1-i dələduzluq, 113-ü xuliqanlıq, 2-si narkotik vasitələrlə bağlı cinayətlərdir.

Zərərçəkənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı isə 36-dır.
Ümumilikdə sərxoş vəziyyətdə cinayət törədən şəxslərin sayı 691 nəfərdir.

Onlardan 348 nəfəri məhkum olunub. Qeyd edək ki, bütün işlər üzrə cinayət işləri tamamlanıb və ya sadələşdirilmiş icraat üzrə yekun protokolu təsdiq edilib.