» » » Bakıda ana və qızı qazdan zəhərləndi

Bakıda ana və qızı qazdan zəhərləndi

Bakıda ana və qızı qazdan zəhərləndi

Oktyabrın 22-də Bakıda 2 nəfər dəm qazından zəhərlənib. Ucarliyiq.biz-ın lent.az-a istinadən məlumatına görə, Elşən İsmayılov küçəsindəki fərdi yaşayış evində yaşayan 2003-cü ildə anadan olmuş Abbasova İlahə Rövşən qızı və anası, 1984-cü il təvəllüdlü Abbasova Natavan yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlərə ilkin tibbi yardım göstərilib, vəziyyətləri normaldır.