» » » ŞOK!Eldar Mahmudovun "vurduğu" İŞ ADAMI - VİDEO

ŞOK!Eldar Mahmudovun "vurduğu" İŞ ADAMI - VİDEO

ŞOK!Eldar Mahmudovun "vurduğu" İŞ ADAMI - VİDEO

Ölkənin Milli Təhlükəsizlik Nazirliyinin inzibati resursları hesabına ağlasığmaz cinayətlərə imza atan Eldar Mahmudov və mütəşəkkil cinayətkar dəstəsinin əməlləri açılmaqda davam edir. Bu günlərdə ölkənin Baş Prokuroru Zakir Qaralov "MTN İşi" ilə bağlı Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində istintaqın davam etdiyini və MTN-nin əməkdaşlarının məsuliyyətinin müəyyən olunduğunu deyib.

"MTN İşi" ilə bağlı prosesə diqqət edəndə Eldar Mahmudovun və dəstəsinin iş adamları, məmurlarla yanaşı hətta Milli Məclis üzvlərini belə şantaj edərək, onların pulunu almaları faktı üzə çıxmaqdadır. Belə deputatlardan biri də iş adamı kimi tanınan Ağalar Vəliyev olub. "Azəraqrartikinti" Səhmdar Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini tutan, həmçinin, Bakının bir çox məkanlarındakı "Kristal Abşeron" adlandırılan yaşayış binalarını inşa etdirən Ağalar Vəliyev MTN-nin "toruna" 2013-cü ildə düşüb. Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Ağalar Vəliyev MTN tərəfindən özünün səsyazı ilə "vurulub".

Belə ki, yaxın ətrafı ilə bir məclisdə hökumətin sahibkarlara olan münasibətindən gileylənən iş adamının səsi yazılıb. Həmin səs yazısında Ağalar Vəliyev sətiraltı ifadələrlə bir sıra tənqidlər səsləndirib. Onu MTN-nə dəvət edərək, həmin səsyazısı qarşısına qoyulub və "müxalifətçi" ittihamı irəli sürülüb. Bu fakt qarşısında təslim olan deputatın 1 milyon pulu əlindən alınıb.

Bundan başqa "Kristal Abşeron" yaşayış binalarının aşağı mərtəbəsində bir neçə obyekt yeri və mənzil də MTN rəhbərliyinə "hədiyyə" edilib. Araşdırmamız zamanı Ağalar Vəliyevin MTN-dən zərərçəkən statusu ilə bağlı prokurorluğa şikayət etmədiyi də bəlli olub. Görünür, Ağalar Vəliyev özünün "siyasi səhvi" səbəbindən "ilişdiyindən" bu məsələnin arxasına getməkdən imtina edib.

Məsələ ilə bağlı Ağalar Vəliyevin telefonuna zəng etsək də, dəstəyi qaldırmaması səbəbindən onunla danışa bilmədik. (Gununsesi.info)