» » » SON DƏQİQƏ!Bakıda "BOMBA"- TƏHLÜKƏSİ

SON DƏQİQƏ!Bakıda "BOMBA"- TƏHLÜKƏSİ

SON DƏQİQƏ!Bakıda "BOMBA"- TƏHLÜKƏSİ

Ötən gün Sabunçu rayonu Zabrat qəsəbəsi, Əmir Bağırov küçəsində yerləşən 10-a yaxın evdən neft çıxması haqqında məlumatlar mətbuatda səsləndi.Sakinlərin bildirdiyinə görə evlərin yerləşdiyi ərazidə heç bir boru xətti yoxdur, ancaq bu ərazidə yerləşən 10-dan artıq həyətdən neft çıxır.Bəzi evlərin zirzəmisi də bu cür maye ilə dolub və sızaraq həyətə dolur.Sakinlər qeyd ediblər ki, bu hal artıq 1 ildir ki, davam edir.

Qeyd edək ki, məsələ ilə bağlı Zabrat ərazi icra nümayəndəsi və ərazinin icarədarı olan "Balaxanı Oil Company"nin nümayəndələri də həyətlərə baxış keçirib və oradan heç bir neft borusunun keçmədiyini, problemin həlli istiqamətində lazımi tədbirlər görüləcəyini deyib. Bütün bu deyilənlər əslində aydındır.Ancaq burada maraqlı tərəf başqadır. Həmin ərazilər əgər yuxarıda adı çəkilən qurumun balansındadırsa və həmin ərazinin icarədarı kimi "Balaxanı Oil Company"ni çıxış edirsə, o, zaman həmin torpaqları kimlər əhaliyə satıb?

"SOCAR və BŞİH rəhbərliyi məsuliyyət daşıyır"

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev "Cümhuriyət" qəzetinə şərhində bildirib ki, həmin ərazilərdə fərdi mənzillərin tikilməsi qeyri-qanunidir. Onun sözlərinə görə, bu məsələdə aidiyyatı qurumlarla yanaşı həmin ərazidə fərdi yaşayış mənzilləri tikən vətəndaşlar da məsuliyyət daşıyır: "Çünki o ərazilər təhlükəlidir. Baxmayaraq ki, orda yerləşən qazma qurğuları aktiv deyil, lakin həmin ərazinin yaxınlığında aktiv qazma qurğuları da fəaliyyət göstərir.Balaxanı Neft və Qazçıxarma İdarəsinin aktivində olan həmin ərazilər Azərbaycanın ən qədim neft yataqlarından biridir.Birinci vətəndaşların özləri məsuliyyət daşıyır ki, nə üçün və kimin icazəsilə orda fərdi mənzillər tikiblər? O torpaqlar uzun müddətdir ki, Dövlət Neft Şirkətinin balansındadır. Dövlət Neft Şirkətinin balansında olan ərazidə vətəndaş necə fərdi mənzil tikə bilir, onu araşdırmaq lazımdır. Aydındır ki, burada ən böyük məsuliyyət 1995-ci ildən sonra Balaxanı Neft və Qazçıxarma İdarəsi (Balaxanı Oil Company) rəhbərliyi, Dövlət Neft Şirkəti, Sabunçu rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyi və adı çəkilən Zabrat qəsəbə icra nümayəndəliyi, Muxtarov qəsəbəsi nümayəndəliyi daşıyır.

O, ərazidə neft yoxdur sadəcə yeraltı neft tullantılarıdır. Ordan neft çıxa bilməz.Adıçəkilən ərazidə artıq 100 ildən artıqdır ki, sənayedə istifadə edilən neft hasil edilir.Həmin ərazidə mədənlərarası boru kəmərləri var. O boru kəmərlərindən sızmalar baş verir.Son bir neçə gündə də yağan güclü yağışlar qurunt sularını artıq torpağın üzərinə çıxardır.Çox ehtimal ki, yeraltı boru kəmərlərindən sızmalar olur və həmin neft də ordan çıxır.Vətəndaşlar da burda məsuliyyət daşımalıdırlar. Onlar bilirdilər ki, bu təhlükəli neft ərazisidir, ordan nə üçün torpaq alıb ev tikiblər? Məsələ burasındadır ki, o ərazidə tikilən fərdi yaşayış evlərinin heç birinin sənədi yoxdur, qeyri-qanuni tikilib.Onlar bilməliydilər ki, aktiv qazma qurğularının yaxınlığında ev tikmək təhlükəlidir".(cebheinfo)