» » » SON DƏQİQƏ!Bakıda yaşayış binasında YANĞIN - YENİLƏNİB

SON DƏQİQƏ!Bakıda yaşayış binasında YANĞIN - YENİLƏNİB

SON DƏQİQƏ!Bakıda yaşayış binasında YANĞIN - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğında iki azyaşlı tüstüdən zəhərlənib.

Ucarliyiq.biz APA-nın məlumatına görə, onlar 10 yaşlı Aysu Rəhimova və onun qardaşı, 7 yaşlı Nuran Rəhimovdur.

Azyaşlılar xəstəxanaya yerləşdirilib.

----------

08:21

Bakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində məişət tullantıları 6 m2 sahədə və elektrik kabeli 10 p.m yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı yuxarı mərtəbələrdən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 22:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.