» » » Yasamalda DƏHŞƏTLİ DAVA: Bir nəfərin üzünü doğradılar -YENİLƏNİB

Yasamalda DƏHŞƏTLİ DAVA: Bir nəfərin üzünü doğradılar -YENİLƏNİB

Yasamalda DƏHŞƏTLİ DAVA: Bir nəfərin üzünü doğradılar -YENİLƏNİB

Bakıda əvvəllər məhkum olunmuş şəxslə bir qrup gənc arasında ağır xəsarətlə nəticələnən dava düşüb.

Hadisə ötən gecə Şərifzadə küçəsi, "Kaktus" restoranının yaxınlığında qeydə alınıb.

Belə ki, 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə mübahisə və əlbəyaxa dava olub. Dava bitdikdən sonra tərəflər barışığa dəvət edilib. Əvvəllər məhkum olunmuş Sahil adlı şəxslə Tural Musayev barışıq əlaməti olaraq qucaqlaşmaq üçün yaxınlaşıb. Bu zaman Sahil cibindəki ülgüclə T.Musayevin üzünün hər iki tərəfinə xəsarət yetirib. Üz nahiyəsi iki yerə ayrılan T.Musayev 1 saylı Şəhər Kliniki Mərkəzə çatdırılıb. Onun üzərində keçirilən əməliyyat bir neçə saat davam edib, vəziyyəti orta-ağırdır.

Faktla bağlı əraziyə Yasamal Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cəlb edilib. Dava zamanı Ceyhun adlı şəxsin də kəsici alətdən istifadə etdiyi məlum olub.
Araşdırmalar davam etdirilir.

Report.az

09:58
***

Bakının Yasamal rayonu, Abbas Məcid Şərifzadə küçəsindəki dava ilə əlaqədar saxlanılan yoxdur.

Bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis bölməsindən məlumat verilib.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hər iki şəxs bir-birinə xəsarət yetirib:

"Hələlik saxlanılan yoxdur, döyülmə faktı olduğundan iş təhqiqata verilib. Hazırda faktla bağlı təhqiqat aparılır".

Xatırladaq ki, ötən gecə Bakının A.M.Şərifzadə küçəsində 5 nəfərdən ibarət qrupla 3 nəfər arasında söyüş üstündə baş verən mübahisə nəticəsində keçmiş məhkum Tural Musayevin üzünün hər iki tərəfinə ülgüclə xəsarət yetirilməsi barədə məlumat yayılmışdı.