» » » Samuxda evdəki partlayışda yaralanan qadının vəziyyəti ağırdır

Samuxda evdəki partlayışda yaralanan qadının vəziyyəti ağırdır

Samuxda evdəki partlayışda yaralanan qadının vəziyyəti ağırdır

Samuxun Aşağı Ağasıbəyli kəndindəki yaşayış evində baş verən partlayışda xəsarət alaraq Bakıya, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirilməsi İnstitutunun Plastik və Konstruktiv Cərrahiyyə Klinikasının Yanıq şöbəsinə (Respublika Yanıq Mərkəzi) yerləşdirilən Zemfira İsmayılovanın vəziyyəti ağır olaraq qalır.

Bu barədə Trend-ə şöbənin müdiri Şöhrət Məmmədov məlumat verib.

Şöbə müdiri bildirib ki, yaralılardan 1961-ci il təvəllüdlü Naçar İsmayılovun səhhəti nisbətən sabitləşib və müalicələr müsbət nəticə verib. Amma onun həyat yoldaşı - 1965-ci il təvəllüdlü Z.İsmayılovanın vəziyyəti ağır olaraq qalır. Z.İsmayılovanın müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, oktyabrın 21-də səhər saatlarında Samuxun Aşağı Ağasıbəyli kəndində yaşayış evində partlayış baş verib. Partlayış N.İsmayılov yaşadığı mənzildə qaz sobasını yandırmaq istəyərkən baş verib. Partlayışın evə qaz sızmasından baş verdiyi bildirilir. Hadisə nəticəsində N.İsmayılov və həyat yoldaşı Z.İsmayılova ağır dərəcəli yanıq xəsarətləri alıblar.