» » » SON DƏQİQƏ!Eldar Mahmudov "sürgün" edildi

SON DƏQİQƏ!Eldar Mahmudov "sürgün" edildi

SON DƏQİQƏ!Eldar Mahmudov "sürgün" edildi

Sabiq nazirin xüsusi nəzarət altında saxlanan qəsəbəyə sığın(dırıl)masının pərdəarxası məqamları... Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov hazırda Bakının Nardaran qəsəbəsindəki bağ evində yaşayır.

Modern.az saytının etibarlı mənbəyə istinadən yaydığı xəbərə görə "vurulmuş" MTN şefi Nardarandakı bağ evində ailəsi ilə birlikdədir. Saytın yazdığına görə, Eldar Mahmudovun Nardarandakı villasını xüsusi xidmət orqanlarının əməkdaşları ciddi nəzarət altında saxlayırlar. Belə ki, keçmiş MTN generalının qaldığı villanın ətrafı, girişi-çıxışı Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən 24 saat ərzində tam nəzarət altına alınıb.

Eldar Mahmudovun yaşadığı evə girib-çıxması, hər bir hərəkəti ciddi şəkildə izlənilir. Keçmiş nazirin bəzi günlərdə nəzarət altında şəhərə çıxdığı və bəzi şəxslərlə görüşdüyü də bildirilir. Bir müddət əvvəl "Yeni Müsavat" etibarlı mənbəyə istinadən E.Mahmudovun oğlu Anar Mahmudovun Nardaran qəsəbəsində polis əməkdaşları tərəfindən saxlandığı haqda xəbər yaymışdı. Qəzetin 7 sentyabr 2016-cı il tarixli sayında "Eldar Mahmudovun oğlu Nardaranda saxlanıldı" sərlövhəli yazıda Eldar Mahmudovun oğlu, Beynəlxalq Bankın həbs edilən rəhbəri Cahangir Hacıyevin kürəkəni Anar Mahmudovun Nardaran qəsəbəsində keçirilən polis reydi zamanı saxlanılmasından söhbət açılırdı.

Bildirilirdi ki, Anar Mahmudov narazı halda reyddə iştirak edən polislərə irad tutub, kimliyini, kimin oğlu olmasını deməklə özünün sıradan biri olmadığına işarə vurub. Xeyli sayda bahalı maşına sahib olan, maşınlarının nömrə nişanları 009-la bitən A.Mahmudov polislərin onu tanımamasına etiraz etmişdi.

Nardaran Eldar Mahmudovun Nardarandakı imarətində yaşaması haqda yayılan son məlumat oğlunun həmin qəsəbəsinin ərazisində saxlanması haqda xəbərlə üst-üstə düşməklə, "vurulandan" sonra sabiq nazirin bu qəsəbəyə sığındığını söyləməyə əsas verir. Həmin imarəti Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunduğu ilk illərdə tikdirib.

Nazir təyin olunana qədər də onun Nardaranda bağ evi olub. Amma nazir təyin ediləndən sonra həmin bağ evində əsaslı yenidənqurma, təmir-tikinti işləri həyata keçirilib, imarət şəklinə salınıb. Həmin imarət Eldar Mahmudov nazir olduğu dövrlərdə tez-tez kef məclislərinin keçirildiyi məkanlardan olub. Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Nardarandakı imarətində kef məclislərinin arası kəsilib. E.Mahmudovun qapısında özünün şəxsi mühafizə xidmətinin əməkdaşlarını DTX-çilər əvəzləyib.

Qeyd edək ki, ötən il oktyabrın 17-də Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 ay 1 həftə sonra Nardaranda geniş, miqyaslı əməliyyat həyata keçirilib. Bu əməliyyat zamanı bir neçə yerli sakin öldürülüb, ümumilikdə 45 qəsəbə sakini həbs edilib. Qəsəbə ötən ilin noyabrından bu günə qədər nəzarət altındadır. Nardarana giriş-çıxış xüsusi yoxlama ilə baş tutur, yerli sakin olmayanlar, şəxsiyyət vəsiqələrində yaşayış yeri kimi Nardaran göstərilməyən şəxslər qəsəbə ərazisinə buraxılmır. Eldar Mahmudovun nəzarət altında olan qəsəbədəki imarətini yaşayış yeri kimi seçməsi də bu baxımdan maraq doğurur. Onun Badamdarda, respublikanın bir çox səfalı yerlərində belə imarətlərinin olması haqda xəbərlər var. Bu halda E.Mahmudov niyə məhz nəzarət altında olan Nardaran qəsəbəsini özünə yaşayış yeri seçib?

Mümkündür ki, onun məhz Nardaranda məskunlaşması özünün istəyi ilə olmayıb. Qəsəbənin xüsusi nəzarət altında saxlanması həm də sabiq nazirin hərəkət trayektoriyasına nəzarəti yüngülləşdirməsi baxımından əlverişli ola bilər. Bu baxımdan, Eldar Mahmudovu yaşamaq üçün məhz ora göndərə bilərlər. Bunu Eldar Mahmudovu öz imarətinə sürgün edilməsi kimi dəyərləndirmək də olar. Digər bir məqam isə Eldar Mahmudovun 11 illik nazirliyi dövründəki qanunsuz fəaliyyəti ilə əlaqəli onun düşmənlərinin siyahısının çoxluğu ilə bağlıdır. E.Mahmudov kreslosunun verdiyi imkanlardan istifadə etməklə, xüsusi dinləmə avadanlıqları vasitəsilə bir çox qüdrətli nazirlərin, dövlət məmurlarının, onların ətrafındakı iri iş adamlarının şəxsi informasiyalarına çıxış əldə edib.

Yada salaq ki, Eldar Mahmudovun rəhbərlik etdiyi quldur dəstəsinin əlində ölkənin tanınmış şəxsləri barədə şantaj xarakterli videomateriallar olması haqda MTN-in keçmiş zabiti Ərəstun Oruclu açılama vermişdi. Konkret olaraq sabiq nazirin əlində 2800 seks videosunun olmasını açıqlayan Ə.Oruclu demişdi ki, Eldar Mahmudovun qruplaşmasının əlində tanınmış və imkanlı şəxsləri, ictimai fəalları və digərlərini şantaj etmək üçün gizli çəkilişlər var. MTN zabiti Mahmudovun videotekasındakı CD-lərin konkret sayını açıqlaması məlumatın reallığa söykənməsi haqda fikir formalaşdırırdı. Həmin şantaj materialların obyektləri olmuş qüdrətli şəxslər, onların ətrafları "vurulmuş" Eldar Mahmudovdan qol gücünə barələrindəki şantaj CD-lərini almaq istəkləri də realdır. Bu baxımdan da, onu xüsusi nəzarət altındakı kənddəki imarətində saxlaya bilərlər.

Parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc MTN olaylarının 1 ili ərəfəsində müsahibəsində maraqlı fikir səsləndirmişdi.

Həmin müsahibədən sitat: "Cəmiyyətin hiddəti, məzəmməti daha böyük cəzadır. Mahmudovun torpaq altında olması xəbəri insanlarda rəhm hissi qazanmağa hesablanan çekist tryukudur. O, sağ-salamatdır, hər gün törədilmiş cinayətlərlə bağlı sorğu-sualın və digər müşayiətedici baxışların altındadır". Belə görünür ki, E.Mahmudov bir neçə qat nəzarət altında saxlanır. Hətta onun yaşadığı qəsəbənin özü də bu günə qədər Azərbaycanda heç vaxt olmadığı kimi, 1 ilə yaxındır ki, nəzarət altındadır. Nardarandan əvvəl İsmayıllıda, İsmayıllıdan əvvəl Qubada geniş əməliyyat tədbirləri həyata keçirilib.

Miqyasına görə Nardaranda baş verən əməliyyatı kölgədə qoyan hər iki digər əməliyyatdan sonra rayonlar maksimum 15 gün xüsusi nəzarət altında saxlanılıblar. Burada isə söhbət balaca bir qəsəbədən gedir və maraqlıdır ki, bu qəsəbədə xüsusi əməliyyat tədbiri də məhz Eldar Mahmudov "vurulandan" sonraya təsadüf edib. Xatırladaq ki, ötən il oktyabrın 17-də prezident İlham Əliyev Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən azad edilməsi haqda sərəncam imzalamışdı.

Həmin sərəncamdan sonra keçirilən əməliyyat nəticəsində MTN-də fəaliyyət göstərən quldur dəstəsi saxlanıldı. Dəstə üzvlərindən bəzilərinin cinayət əməlləri üzrə aparılan istintaq işi yekunlaşdırğından artıq məhkəmə qarşısına çıxarılanlar da var. Məsələn, Sabunçu Rayon Məhkəməsində MTN-in başkəsən generallarından biri, Eldar Mahmudovun "vuran əli" Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və işçiləri - Səlim Məmmədov, Akif Əliyev, Orxan Osmanovun cinayət işi araşdırılır. Hazırda Eldar Mahmudovun quldur dəstəsindən olan 18 nəfər keçmiş MTN-çi həbsdə saxlanılır (1 nəfər isə özünü təcridxanada asaraq intihar edibıb). Daha 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır.

SON DƏQİQƏ!Eldar Mahmudov "sürgün" edildi
SON DƏQİQƏ!Eldar Mahmudov "sürgün" edildi
SON DƏQİQƏ!Eldar Mahmudov "sürgün" edildi