» » » "Torqovı"da GÖRÜNMƏMİŞ HADİSƏ: "Maşınla... "- VİDEO

"Torqovı"da GÖRÜNMƏMİŞ HADİSƏ: "Maşınla... "- VİDEO

"Torqovı"da GÖRÜNMƏMİŞ HADİSƏ: "Maşınla... "- VİDEO

Aprel döyüşlərində şəhid olan Əbdülməcid Axundov haqqında "Ölsəm...Yaşat" filmi çəkilib. Şəhidin anası Ceyran Axundova bildirib ki, öz hesabına çəkdirdiyi bu filmin onun təhsil aldığı Texniki Unversitetdə nümayişinə rəhbərlik icazə verməyib. Şəhidin anası bu təqdimatın olmamasına universitet rəhbərliyinin səbəb kimi "digər şəhid ailələri qıcıqlanarlar" deyərək, cavab verdiyini bildirib.

Məsələ ilə bağlı Qaynarinfo.Az Azərbaycan Texniki Unversiteti ilə əlaqə saxlayıb.

Texniki Unversitinin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki "Ölsəm...Yaşat" filminin təqdimatı ilə bağlı şəhidin ailəsinə mənfi cavab verilməyib.

Nicat Abdullayev bildirib ki, dövlət strukturlarında tədbirlər planı hazırlanır:"2016-2017-ci il üçün unviversitetimizin də tədbirlər planı hazırlanaraq, rəhbərlik tərəfindən təsdiq olunub. Plana əsasən şəhidlərin xatirəsi ilə bağlı tədbirlər keçriləcək. Aprel ayında şəhidlərin il dönümündə Əbdülməcid Axundov və digər şəhid olmuş 4 tələbəmiz haqqında sənədli filmlərlə, silsilə tədbirlər həyata keçirəcəyik. Bununla bağlı şəhid ailələrinə məlumat vermişik. Öz çəkdiyimiz filmlə paralel olaraq, "Ölsəm Yaşat" filminin də təqdimatını keçirəcəyik. Qürurverici haldı ki, bizim tələbələrimiz şəhid olub. Biz üzərimizə düşən vəzifəni yetərincə yerinə yetirəcəyik".

Qurum rəsmisi vurğulayıb ki, Ceyran Axundova ilə hələlik görüşə bilməyiblər:"Filmin çəklişi zamanı biz şəhid ailələri ilə görüşürük. Dekabr ayında biz Ceyran xanımla görüşüb söhbət etməyi düşünürük. Ümumi filmin təqdimatında 10 dəqiqəlik xronometraj da şəhid Əbdülməcid Axundovun haqqında bəhs edəcək. Bununla yanaşı, şəhidin ailəsi və qohumları ilə də çəkliş edəcəyik. Bizdə məlumat var ki, "Ölsəm Yaşat" filmində şəhid tələbəmizin ehtiyatda komandiri də danışıb. Onunla da müsahibələr etməyi düşünürük. Bütün bunlar hamısı nəzərdə tutulub. Yəqin hər kəs anlayış göstərər ki, bu təqdimat şəhidlərin il dönümü ilə əlaqədar bir vaxtda keçirilsin. İstəyirik ki, hər 4 şəhidimiz haqqında sanballı bir tədbir keçirək".

[youtube]

[/youtube]