» » » Ana və iki azyaşlı övladı vanna otağında zəhərləndi

Ana və iki azyaşlı övladı vanna otağında zəhərləndi

Ana və iki azyaşlı övladı vanna otağında zəhərləndi

Şəmkirdə ana və azyaşlı övladı dəm qazından zəhərlənib.

"Qafqazinfo"nun apa-ya istinadən məlumatına görə, hadisə Daşbulaq qəsəbəsində qeydə alınıb.

Kənd sakini, 1993-cü il təvəllüdlü Ellada Quliyeva və onun 2 yaşlı övladı vanna otağında olarkən dəm qazından zəhərləniblər. Zərərçəkənlər Şəmkir Rayon Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.