» » » SON DƏQİQƏ!Sumqayıtda yanğın baş verib, təxliyyə olunanlar var

SON DƏQİQƏ!Sumqayıtda yanğın baş verib, təxliyyə olunanlar var

SON DƏQİQƏ!Sumqayıtda yanğın baş verib, təxliyyə olunanlar var

Sumqayıt şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 150 m2 olan kafenin mətbəxinin yanar konstruksiyaları 50 m2 sahədə yanıb.

Ucarliyiq.biz-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan bitişik tikilmiş sahəsi 200 m2 olan kafenin tavanı 25 m2 sahədə əriyib.

Yanğın zamanı yaşayış binasından 12 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub, 3 nəfər tüstüdən zəhərlənmiş halda xilas edilərək təcili tibbi yardım xidmətinə təhvil verilib. Hər iki kafenin qalan hissəsi və yaşayış binası yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.