» » » Dəm qazından ölən xalaqızılar kirayədə qalırmış - TƏFƏRRÜAT

Dəm qazından ölən xalaqızılar kirayədə qalırmış - TƏFƏRRÜAT

Dəm qazından ölən xalaqızılar kirayədə qalırmış - TƏFƏRRÜAT

Daxili İşlər Nazirliyi paytaxtda iki qızın dəm qazından boğulması ilə bağlı açıqlama yayıb.

Nazirlikdən Ucarliyiq.biz-a verilən məlumata görə, hadisə oktyabrın 28-də Nərimanov rayonu ərazisində qeydə alınıb.

Kirayədə yaşayan Salyan rayon sakinləri - Xanım Zeynalova və Aytən Allahverdiyeva dəm qazından zəhərlənərək ölüblər.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, 7-ci sinif şagirdi olan Aytən Allahverdiyevanın anası paytaxtda işləyirmiş. Buna görə də onun ailəsi həmin ünvanda kirayə yaşayırmış. Aytən Allahverdiyeva 47 saylı orta məktəbdə təhsil alırmış.
Xanım Zeynalova isə Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olub.

Kollecin sonuncu kursunda təhsil alan Xanım Zeynalova xalasının kirayə tutduğu evdə yaşayırmış.

***

Bakının Nərimanov rayonunda dəm qazından iki nəfər boğulub.

Teleqraf.com xəbər verir ki, hadisə Həsən Əliyev küçəsi, ev 113, mənzil 14-də qeydə alınıb.

Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Xanım Zeynalova və onun xalası qızı, 2003-cü il təvəllüdlü Aytən Allahverdiyeva yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda araşdırma aparılır.

Dəm qazından ölən xalaqızılar kirayədə qalırmış - TƏFƏRRÜAT