» » » Tibb işçisi 1 aylıq körpənin boğazında salfetka unudub ÖLDÜRDÜ

Tibb işçisi 1 aylıq körpənin boğazında salfetka unudub ÖLDÜRDÜ

Tibb işçisi 1 aylıq körpənin boğazında salfetka unudub ÖLDÜRDÜ

Konya şəhərində 1 aylıq körpə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Körpənin ölümündə günahkar olan tibb işçisi isə 8 il həbs cəzasına məhkum edilib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, körpə özəl xəstəxanada dünyaya göz açıb, lakin ciyərlərində inkişaf zəif getdiyi üçün 1 aydan sonra valideynlərin razılığı ilə həkim nəzarəti altında saxlanılıb. Lakin körpənin vəziyyəti qəfil pisləşib və əməliyyat olub. Əməliyyatda həkimlər körpənin qırtlağından nəm salfetka aşkarlayıb. Bütün səylərə baxmayaraq körpənin həyatını xilas etmək mümkün olmayıb.

Bu hadisədən sonra müşahidə kameralarına baxarkən körpənin boğazına nəm salfetkanı salan tibb işçisi dərhal həbs olunub.

Polisə ifadə verən tibb işçisinin sözlərinə görə, o körpəyə süd içirdiyi zaman körpə qusmağa başlayıb. Körpənin boğazını təmizləmək istədikdə nəm salfetka onun qırtlağına gedib və çıxara bilməyib. Qorxduğu üçün də baş verənləri hamıdan gizlədib.

Məhkəmənin qərarına əsasına tibb işçisinə 8 il həbs cəzası verilib.