» » » "Səhərə kimi ata-bala öldürüb balamı, morqda param-parça idi" - 4 uşaq anası Səbinənin qətlində ŞOK TƏFƏRRÜAT - VİDEO

"Səhərə kimi ata-bala öldürüb balamı, morqda param-parça idi" - 4 uşaq anası Səbinənin qətlində ŞOK TƏFƏRRÜAT - VİDEO

"Səhərə kimi ata-bala öldürüb balamı, morqda param-parça idi" - 4 uşaq anası Səbinənin qətlində ŞOK TƏFƏRRÜAT - VİDEO

Qəbələ rayonunda qətl hadisəsi baş verib.

Ucarliyiq.biz ARB Şəki-yə istinadən xəbər verir ki, hadisə rayonun Kürd kəndində qeydə alınıb.

Kənd sakini 31 yaşlı Verdiyev Xəyal Xaliq oğlu həyat yoldaşı, 1991-ci il təvəllüdlü Verdiyeva Səbinə Məzahir qızını əli ilə boğaraq öldürüb. Üç uşaq anası olan Səbinə Verdiyevanın hansı səbəbdən qətlə yetirildiyi hələ ki, məlum deyil.

Hadisəni törədən Xəyal Verdiyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Öldürülən şəxsin atası: "Öldürüb. Aparıb morqa qoyub. Arxası ilə gedən də olmayıb. Gedib özümüz gətirmişik. Balam pis gündədi. Balam para-paradı. Səhərə qədər ata-bala ikisi öldürüb. Kəsilmişdi boynu. Uşağın boğazından qan tökülürdü".

Cinayətkarın sinif yoldaşı: "O adam atasını anasını döyən adamdır".

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.