» » » Partlayışda dünyasını dəyişən məmurun xanımından xəbər var

Partlayışda dünyasını dəyişən məmurun xanımından xəbər var

Partlayışda dünyasını dəyişən məmurun xanımından xəbər var

Hökməli qəsəbəsində dəhşətli partlayış nəticəsində dünyasını dəyişən "Azəravtoyol" ASC-nin aparat rəhbəri Müşvüq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzovanın vəziyyəti ağır olaraq qalır.

Ucarliyiq.biz bildirir ki, bu barədə aznews.az-a Ankara Nümunə Xəstəxanasından deyilib.

Məlumata görə, Şəbruz Novruzova hazırda reanimasiyadadır: "Müalicə və müayinə davam etdirilir. Amma onun səhhəti ilə bağlı geniş məlumat vermək qadağan olunub".

Qeyd edək ki, oktyabrın 20-də səhər saatlarında "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Qurbanovun evində dəhşətli partlayış olub. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb. Ailənin digər 3 üzvü ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Hadisədən bir gün sonra yaralılar Türkiyəyə aparılsalar da Müşviq Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.