» » » Sarayda vəhşilik!Hamilə qadını vurub qaçan sürücü körpəni də öldürdü

Sarayda vəhşilik!Hamilə qadını vurub qaçan sürücü körpəni də öldürdü

Sarayda vəhşilik!Hamilə qadını vurub qaçan sürücü körpəni də öldürdü

Abşeron rayonunda yolu piyada keçidi ilə keçən qadını avtomobil vurub.

Hadisə Saray qəsəbəsi Mikayıl Müşviq küçəsində qeydə alınıb.

Həmin küçədə piyada keçidi ilə hərəkət edən Əliyeva Elnarə Əlisəttar qızını "QAZ 31029" markalı avtomobil vuraraq ərazidən uzaqlaşıb.

Ağır xəsarət alan E.Əliyeva Sumqayıt Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Məlum olub ki, E.Əliyeva altı aylıq hamilədir və onun körpəsi tələf olub. Qadının vəziyyəti ağırdır.

Abşeron Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları piyadanı vurub qaçan şəxsin 10 XH 453 dövlət qeydiyyat nişanlı "QAZ 31 029" markalı avtomobili idarə edən Quliyev Ramil Bahadur oğlu olduğunu müəyyənləşdirib. Məlum olub ki, R.Quliyevin sürücülük vəsiqəsi yoxdur.

Faktla bağlı Abşeron RPİ-də cinayət işi başlanılıb./report/