» » » Arvadı və qızını bıçaqlayan kişi sərxoş olub - YENİLƏNİB

Arvadı və qızını bıçaqlayan kişi sərxoş olub - YENİLƏNİB

Arvadı və qızını bıçaqlayan kişi sərxoş olub - YENİLƏNİB

Bakıda sərxoş kişi ailə münaqişəsi zəminində arvadını və qızını bıçaqlayıb.

"Report"un xəbərinə görə, hadisə Xəzər rayonu, Qala qəsəbəsi, Süleyman Rəhimov küçəsi 81 ünvanında qeydə alınıb.
Belə ki, 1960-cı il təvəllüdü Rəhimov Əliqismət Heydər oğlu sərxoş vəziyyətdə qızı Tünzalə Şıxəliyevanın evinə gedərək həyat yoldaşı 51 yaşlı Qönçə Umudova ilə mübahisə edib. O, mətbəx bıçağı ilə Q.Umudovaya iki, qızı 22 yaşlı Aytac Rəhimliyə bir bıçaq zərbəsi vurub. Daha sonra həmin şəxs qaçaraq evdən uzaqlaşıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları cinayət əməlini törədən Ə.Rəhimovu saxlayıb.
Faktla bağlı araşdırma aparılır.