» » » "Yatırdım, kiminsə ayaqlarımı öpdüyünü hiss etdim" - tək yaşayan qadına TƏCAVÜZ ETDİ

"Yatırdım, kiminsə ayaqlarımı öpdüyünü hiss etdim" - tək yaşayan qadına TƏCAVÜZ ETDİ

"Yatırdım, kiminsə ayaqlarımı öpdüyünü hiss etdim" - tək yaşayan qadına TƏCAVÜZ ETDİ

Türkiyə daha bir təcavüz xəbəri ilə sarsılıb.

Aydının Didim Mahalında saat 05:00 radələrində dörd yaşlı qızı ilə yaşayan F.G.-ni zorlamaq istəyən şəxs onun evinə gəlir.

Qapının bağlı olduğunu görən cinayətkar pəncərənin dəmir barmaqlıqlarını qıraraq evə daxil olub. Bundan xəbər tutan qadın dərhal qışqıraraq polisə zəng edib. Hadisə yerindən həmən uzaqlaşan cinayətkarı axtarmaq üçün polis məhəllədəki təhlükəsizlik kameralarına baxmalı olub. Onun kim olduğunu müəyyən etmək üçün polis istintaqını davam etdirir.

Yoldaşının həbsxanada olduğunu deyən F.G.: "Otağımda yatırdım. Səhərə qarşı birinin ayaqlarımı öpdüyünü hiss etdim. Gözümü açdığımda qarşımda təxmini 1.75 boyu olan və kilolu bir şəxs gördüm. Əli ilə ağzımı yumaraq üzərimə doğru gəldi və təcavüz etmək istədi. Qışqırdım qaçdı. Qaçarkən corablarını belə evdə unutmuşdu. O, mənim qızımla tək yaşadığımı bilən biridir. Çox qorxdum"./milli.az/