» » » 24 yaşlı qız "qiymət bilən yoxdur" deyib canına qıydı, meyitini SEVGİLİSİ...

24 yaşlı qız "qiymət bilən yoxdur" deyib canına qıydı, meyitini SEVGİLİSİ...

24 yaşlı qız "qiymət bilən yoxdur" deyib canına qıydı, meyitini SEVGİLİSİ...

İstanbulun Beşiktaş mərkəzində gənc musiqiçi depressiya nəticəsində intihar edib.

Ucarliyiq.biz-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, gecə klublarında musiqiçilik edən 24 yaşlı Cəmrə Mavioğlu dostlarına Türkiyədə musiqiçilik etdiyi vaxtlarda yaşadığı çətinlikləri danışıb.

Özü kimi musiqiçi olan dostuna tez-tez "ölkəmizdə qiymətimiz bilinmir" deyən gənc qız xarici ölkədə yaşayıb sənətinə orada davam etməyi arzulayırdı.

Lakin maddi çətinliklər ucbatından xəyalı reallaşmayan C.Mavioğlu depressiya girdikdən sonra antidepressiv dərmanları istifadə etməyə başlayıb.

C.Mavioğlu dostları ilə toplaşdığı məclsidən gedəndən sonra qonaq otağında özünü asıb.

Bir müddət C. Mavioğlundan xəbər ala bilməyib narahat olan dostları onun evinə gəliblər. Evə daxil olanda qızın dəhşətli görüntüsü ilə qarşılaşıblar.

Daha sonra C.Mavioğlunun cəsədi tibbi ekspertizaya göndərilib.