» » » İcra başçısının qardaşı oğluna şok ittiham: 300 min ABŞ dollarını...

İcra başçısının qardaşı oğluna şok ittiham: 300 min ABŞ dollarını...

İcra başçısının qardaşı oğluna şok ittiham: 300 min ABŞ dollarını...

Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlu Yunis Abdullayev həbs olunub.

Ucarliyiq.biz bildirir ki, bu barədə qafqazinfo-ya vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, Y.Abdullayev dələduzluqda ittiham edilir və o, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən həbs olunub.

Belə ki, A.Məmmədov bildirib ki, hüquqlarını müdafiə etdiyi M.Saitqızının və digər zərərçəkənlərin - Əziz Əliyev və Əyyub Hüseynovun milyonlarla dəyəri olan əmlakları hazırda həbsdə olan Yunis Abdullayev və onun əmisi oğlu Yalçın Abdullayev tərəfindən dələduzluq yolu ilə ələ keçirilib:

"Yalçın Abdullayev bundan başqa Rauf Kərimov adlı iş adamı ilə yaxın münasibət qurduqdan sonra 2013-cü ildə ondan 300 min ABŞ dolları dəyərində avtomobillər götürüb və pulunu ödəməyib. R.Kərimov Nərimanov rayonunda yerləşən "Kral Mebel" mağazasını da Yalçın Abdullayevə güzəştli şərtlərlə icarəyə verib. R.Kərimov bankdan götürdüyü kreditə görə həbs olunduqdan sonra Y.Abdullayev bundan istifadə edərək onun 2 milyon 880 min ABŞ dolları dəyərində əmlaklarını özünün və yaxınlarının adına keçirib.