» » » Azərbaycanda görünməmiş oğurluq - İzi itirmək üçün...

Azərbaycanda görünməmiş oğurluq - İzi itirmək üçün...

Azərbaycanda görünməmiş oğurluq - İzi itirmək üçün...

Bərdə rayonunda mütəşəkkil dəstə vətəndaşın evini qarət edərək yandırıb.

Ucarliyiq.biz DİN-ə istinadən bildirir ki, noyabrın 1-də Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, habelə ev qəsdən yandırılıb.

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakinləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanılıb.