» » » Evində partlayış olan aparat rəhbərinin arvadı da öldü - AİLƏ FACİƏSİ

Evində partlayış olan aparat rəhbərinin arvadı da öldü - AİLƏ FACİƏSİ

Evində partlayış olan aparat rəhbərinin arvadı da öldü - AİLƏ FACİƏSİ

Abşeronda yaşayış evində baş verən partlayışda xəsarət almış "Azəravtoyol" ASC-nin aparat rəhbəri Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova Türkiyədə müalicə aldığı xəstəxanada ölüb.

Bu barədə APA-ya mərhumun yaxınları məlumat verib.

Qeyd edək ki, oktyabrın 20-də səhər saatlarında "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşfiq Qurbanovun evində dəhşətli partlayış olub. Hadisə nəticəsində ailənin kiçik qızı 3 yaşlı Banıçiçək Qurbanlı ölüb. Ailənin digər 3 üzvü ağır vəziyyətdə Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Hadisədən bir gün sonra yaralılar Türkiyəyə aparılsa da Müşfiq Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.