» » » Bərdədə zəhərlənən 5 yaşlı uşaq ağırlaşdı: həkimlər AYAQDA

Bərdədə zəhərlənən 5 yaşlı uşaq ağırlaşdı: həkimlər AYAQDA

Bərdədə zəhərlənən 5 yaşlı uşaq ağırlaşdı: həkimlər AYAQDA

Bərdənin Xanərəb kəndində zəhərlənmə nəticəsində Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 yaşlı Cahid Məmmədovun vəziyyəti ağırlaşıb.

Bu barədə Trend-ə Bərdə Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva məlumat verib: "Uşağın vəziyyəti ağırdır. Artıq süni nəfəs aparatına qoşulub. Uşaqda udqunma və digər reaksiya yoxdur. Hazırda uşağın vəziyyətinin stabilləşməsi ilə bağlı lazımi tədbirlər görülür".

Baş həkim bildirib ki, hadisə nəticəsində zəhərlənərək xəstəxanaya gətirilən 45 yaşlı Könül Məmmədova və 22 yaşlı Pərviz Məmmədovun səhhəti normallaşıb və müalicələri davam etdirilir.

Qeyd edək ki, C.Məmmədovun vəziyyəti ağır olduğundan Səhiyyə Nazirliyinin göstərişi ilə dünən Mərkəzi Klinik Xəstəxanadan anestezioloq və reanimatoloq Bərdəyə ezam olunub.