» » » Azərbaycanlı prodüser əri və sevgilisi tərəfindən zorakılığa məruz qalıb - ŞOK

Azərbaycanlı prodüser əri və sevgilisi tərəfindən zorakılığa məruz qalıb - ŞOK

Azərbaycanlı prodüser əri və sevgilisi tərəfindən zorakılığa məruz qalıb - ŞOK

Prodüser Təranə Səmədova etiraf edib ki, həyat yoldaşı Kərim Abasov tərəfindən dəfələrlə zorakılığa məruz qalıb.

Musavat.com-a danışan prodüser bunları deyib:

"Bir qadının şiddətə məruz qalması iyrənc hadisədir. Etiraf etməliyəm ki, mən də dəfələrlə şiddətə məruz qalmışam. Evli olduğum dövrdə (red. Təranə Səmədova müğənni Kərim Abasovla evli olub) dəfələrlə döyülmüşəm. Boşanma səbəblərimdən biri də bu idi. Daha sonra polisdə çalışan Fərid adı şəxslə münasibətim vardı. Mətbuat onu yaxşı tanıyır, hazırda həbsxanadadır. Onunla sevgili olduğumuz dövrdə məni təhqir edir, döyürdü. Sevdiyim üçün susurdum. Hüquq-mühafizə orqanında çalışdığı üçün ondan polisə şikayət vermək istəmirdim. Düşünürdüm ki, mənim şikayətim onun karyerasına zərər gətirər. Əlbəttə, bu düzgün düşüncə deyil. Qadınlar zorakılıq qarşısında susmamalıdır. Biz tanınmış şəxslərin izləyicisi çoxdur. Ona görə də tez-tez səsimizi ucaltmalı, qadınlarımızı məlumatlandırmalıyıq"