» » » Bakıda şagird sinif yoldaşını bıçaqladı

Bakıda şagird sinif yoldaşını bıçaqladı

Bakıda şagird sinif yoldaşını bıçaqladı

Nəsimi rayonunda avtobus dayanacağında iki şagird arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
Ucarliyiq.biz musavat.com-a istinadən xəbər verir ki, 20 yanvar küçəsindəki avtobus dayancağında 17 yaşlı Musazadə Sahil Şahin oğlu sinif yoldaşı ilə mübahisə edib. Tərəflər arasında əlbəyaxa dava düşüb. Sonda S.Musazadə sinif yoldaşının bir neçə bıçaq zərbəsindən sonra huşunu itirib. Ətrafdakıların köməkliyi ilə S.Musazadə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.