» » » Ana körpəsini boğdu, videoya çəkdi, ərinə göndərdi - dəhşətli VİDEO

Ana körpəsini boğdu, videoya çəkdi, ərinə göndərdi - dəhşətli VİDEO

Ana körpəsini boğdu, videoya çəkdi, ərinə göndərdi - dəhşətli VİDEO

ABŞ-da dəhşətli cinayət hadisəsi baş verib.

21 yaşlı Kristian Klark adlı xanım 17 aylıq övladını boğaraq qətlə yetirib. Oğlunu qətlə yetirdikdən sonra qatil ana digər övladını, yəni böyük qızını videoya çəkərək həyat yoldaşına göndərib. Onun çəkiliş zamanı işlətdiyi ifadələr diqqət çəkib: "Bax, qızın Angel hələ də həyatdadır. Amma oğlun nəfəs almır".

Araşdırmalardan sonra məlum olub ki, qadın cinayəti törətməzdən əvvəl həyat yoldaşı ilə telefonda 3 saat mübahisə edib. Daha sonra əsəblərinə hakim ola bilməyən ana övladını boğub.

Əvvəlcə oğlunu qətlə yetirdiyini rədd edən Klark, uşağı yataqda ölü vəziyyətdə aşkarladığını iddia edib. Lakin dəlillər qarşısında günahını etiraf etməli olub. Bildirilir ki, qadın bir neçə ay əvvəl qızını da öldürməyə cəhd edib.

Məhkəmə qatil ana barədə həbs qərarı verib.(atv.az)