» » » Hollivud ulduzunun intiharının ŞOK SƏBƏBİ - 2 il sonra arvadı AÇIQLADI

Hollivud ulduzunun intiharının ŞOK SƏBƏBİ - 2 il sonra arvadı AÇIQLADI

Hollivud ulduzunun intiharının ŞOK SƏBƏBİ - 2 il sonra arvadı AÇIQLADI

Məşhur aktyor Robin Williamsın intihar səbəbi ortaya çıxıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən bildirir ki, Hollivudun ən sevilən aktyorunun həyat yoldaşı Susan Williams onun ağır xəstəliyə düçar olduğunu açıqlayıb.

2014-cü ildə dünyasını dəyişən aktyorun ölümündən iki il sonra ortaya çıxan bu fakt aktyorun pərəstişkarlarını sarsıdıb.

Həyat yoldaşının sözlərinə görə, ağır xəstəliyə yoluxan aktyor ağlını itirmək təhlükəsi ilə üz-üzə qalıb. 2013-cü ildə həyat yoldaşının davranışlarının dəyişdiyini söyləyən Susan Williamsın sözlərinə görə, xəstəliyi bundan sonra daha da irəliləyib: "Robinlə o zaman evliliyimizin altı ili tamam olurdu və həyat yoldaşımın normal davranışlarını və qorxu çərçivələrindən xəbərdar idim. Getdikcə qorxmağa və hər şeydən narahat olmağa başlamışdı. Və bu davamlı olaraq belə oldu. Və anladım ki, həmin dönəmdə artıq xəstəliyi özünü biruzə vermişdi", deyə o bildirib.

Qeyd edək ki, amerikalı aktyor Robin Williams Kaliforniyadakı evində intihar edib, polis təsdiq edib.
Leytenant Leith Boyd deyib ki, 63 yaşlı Williams depressiya üçün müalicə alırdı və özünü asaraq intihar edib.

Mehri Nəzərova