» » » Şəhidin ata-anası oğlunun tabutunu daşıdı: "O bizim qəhrəmanımızdır" / FOTO

Şəhidin ata-anası oğlunun tabutunu daşıdı: "O bizim qəhrəmanımızdır" / FOTO

Şəhidin ata-anası oğlunun tabutunu daşıdı: "O bizim qəhrəmanımızdır" / FOTO

Türkiyədə baş verən terror hücumu zamanı daha bir polis məmuru şəhid olub.

Diyarbakırın Bağlıca rayonunda köhnə Polis İdarəsinin binasına təşkil olunan bombalı hücum zamanı bombanı zərərsizləşdirən polis məmuru Semih Turgut həyatını itirib.
S.Turgut məmləkəti Nevşehirdə torpağa tapşırılıb.

Ucarliyiq.biz xarici mətbuata istinadən bildirir ki, şəhid Turgutun yas mərasimində onlarla vətəndaş qatılıb. Həyat yoldaşı isə tabuta sarılaraq ondan ayrılmaq istəmədiyini hayqırıb.

Şəhidin həyat yoldaşının sözləri ürəkləri dağlayıb: "O, bizim qəhrəmanımızdır, heç bir zaman unutmayın".

Şəhid Semih Turgutun atası Kemal Turgut və anası Elmas Turgut da oğullarının tabutuna sarılaraq onu son mənzilə göz yaşları içində yola salıblar.