» » » Həyatını azyaşlı qızının "ata, anamı öldürmə, məni öldür" sözləri xilas etdi - FOTOLAR

Həyatını azyaşlı qızının "ata, anamı öldürmə, məni öldür" sözləri xilas etdi - FOTOLAR

Həyatını azyaşlı qızının "ata, anamı öldürmə, məni öldür" sözləri xilas etdi - FOTOLAR

Türkiyədə azyaşlı qız anasını ölümdən xilas edib.

Ucarliyiq.biz xarici mətbuata istinadən xəbər verir ki, Antalyada 13 il öncə ail. həyatı qurduğu şəxs tərəfindən şiddətə məruz qalan Hatice boşansa da, bu çətin günlər arxada qalmır. 2010-cu ildə boşanan cütlük yenidən bir araya gəlib və Hatice onunla yenidən anlaşılmazlıqlar və problemlər yaşamağa başlayıb.

İddialara görə, əvvəllər də həyat yoldaşına fiziki və psixoloji işgəncələr verən ər yenə də bu əməlindən dönmür. İki azyaşlı övladları olan ailənin çətin günləri eynən davam edir.

Günlərin birində isə Hatice həyat yoldaşının xəyanət mesajlarını oxuyur və ondan qadının kimliyi barədə sorğu-sual edir. Əsəbiləşən ər Haticeni möhkəm döyür və Haticenin vəziyyəti ağırlaşır. Ər bu dəfə həyat yoldaşının başına stul ilə vurmaq istəyəndə azyaşlı qızları araya girir. "Ata, anamı öldürmə, məni öldür" deməsi isə atasını bir qədər sakitləşdirir və o, hadisə yerini tərk edir.

Məruz qaldığı şiddətə görə dərhal xəstəxanaya çatdırılan Hatice 4 gün reanimasiya şöbəsində qalır və palataya köçürülür. O, verdiyi açıqlamasında mənim həyatımı azyaşlı qızım xilas etdi deyə bildirir.

Polislər Haticenin həyat yoldaşını həbs edib. Hatice isə sağlamlığına dəyər zərəri ödəmək üçün ona təzminat davası açıb.

Həyatını azyaşlı qızının "ata, anamı öldürmə, məni öldür" sözləri xilas etdi - FOTOLAR