» » » Şabranda dəhşətli qəza!Qadının başı və bədəni bir neçə yerə bölündü

Şabranda dəhşətli qəza!Qadının başı və bədəni bir neçə yerə bölündü

Şabranda dəhşətli qəza!Qadının başı və bədəni bir neçə yerə bölündü

Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsindəki körpüdə qadın meyiti aşkar edilib.

"Report" məlumat verir ki, hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsi və Şabran Polis Şöbəsinin əməkdaşları gəlib.

İlkin araşdırma zamanı məlum olub ki, şəxsiyyəti hələlik bilinməyən qadının üzərindən maşın keçib. Nəticədə onun bədən və baş nahiyələri bir neçə yerə bölünüb. Ölən şəxsin üzərindən heç bir sənəd çıxmayıb.

Şabran polisi ölən şəxsin kimliyini və kim tərəfindən vurulduğunu araşdırır.