» » » Ermənilər qumbaraatan və iriçaplı pulemyotlardan hücuma keçib - RƏSMİ

Ermənilər qumbaraatan və iriçaplı pulemyotlardan hücuma keçib - RƏSMİ

Ermənilər qumbaraatan və iriçaplı pulemyotlardan hücuma keçib - RƏSMİ

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.

Ucarliyiq.biz-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Fərəhli kəndində, Berd rayonunun Ayqedzor kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Baş Qərvənd, Qaraqaşlı, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında, həmçinin Tərtər, Goranboy, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.