» » » Ucarda "Toyota Prado" aşdı - 3 yaralı - VİDEO

Ucarda "Toyota Prado" aşdı - 3 yaralı - VİDEO

Ucarda "Toyota Prado" aşdı - 3 yaralı - VİDEO

Ucarda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Ucarliyiq.biz-ın apa-ya istinadən xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun 246-cı kilometrliyində, Ucar rayonunun Qaradağlı kəndindən keçən hissəsində qeydə alınıb.

"90 CC 120" dövlət nömrə nişanlı "Toyota Prado" markalı minik maşını idarəetmədən çıxaraq aşıb. Nəticədə Bakı şəhər sakinləri 1955-ci il təvəllüdlü Nizami İslam oğlu Musayev, 1960-cı il təvəllüdlü Həmidə İbrahim qızı Əliyeva və Tərtər rayon sakini 1968-ci il təvəllüdlü Məhbubə Musa qızı Abbasova ağır xəsarət alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.