» » » Şəmkirdə GÜCLÜ PARTLAYIŞ: ev yerlə yeksan oldu, yaralanan var - YENİLƏNİB - FOTO

Şəmkirdə GÜCLÜ PARTLAYIŞ: ev yerlə yeksan oldu, yaralanan var - YENİLƏNİB - FOTO

Şəmkirdə GÜCLÜ PARTLAYIŞ: ev yerlə yeksan oldu, yaralanan var - YENİLƏNİB - FOTO

11:13

Şəmkirin Düz Qışlaq kəndində güclü partlayış baş verib.

ARB Kəpəz xəbər verir ki, hadisə kənd sakini Akif Əliyevə məxsus evdə qeydə alınıb.

Məlumata görə, ev sahibi bir neçə ildir Rusiyaya köçüb. Evini isə Ramin Hacıyev adlı şəxsə kirayə verib. Həyat yoldaşı ilə birgə kirayə qalan Hacıyev iki gün evdə olmayıb, bu müddətdə isə evdə qaz sızması baş verdiyi deyilir. Evə gəlib işığı yandırmaq istəyərkən güclü partlayış olub. Nəticədə sahəsi 250 kvadratmetr olan ev tamamilə dağılıb.

Güclü partlayış nəticəsində təxminən 250 kv metriklik ev yerlə yeksan olub. Hadisə şahidlərinin bildiridiyinə görə, evdə kirayəşin yaşayan şəxs partlayış zamanı ciddi xəsarət alıb.

Partlayışın gücündən ətrafdakı evlərə də ziyan dəyib - damları uçub, pəncərələri sınıb, divarlarında çatlar yaranıb.

Nizami Nəcəfov - hadisə şahidi: "Evdə oturmuşduq birdən güclü partlayış olub. Çıxdıq ki, qonşunun evi partlayıb. Bizim evə də ziyan dəyib, barı çartlayıb, qonşunun evinə də ziyan dəyib, dam örtüyü, aynaları qırılıb".

Ceyran Məcidova - hadisə şahidi: "Bizdə gələndə gördük ki, qonşunun evi partalayıb. Mənim evimədə ziyan dəyib.

Ağır yanıq xəsarətləri alan Ramin Hacıyev Bakı xəstəxanalarından birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

---------------

06.11.2016

23:59

Şəmkirdə partlayış olub.

Ucarliyiq.biz apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qışlaq kəndində qeydə alınıb.

Kənd sakini Akif Əliyeva məxsus evdə baş verən partlayış nəticəsində ev yerlə yeksan olub. Məlumata görə, A. Əliyev bir neçə ildir Rusiyaya köçüb. Evini isə Ramin Hacıyev adlı şəxsə kirayə verib. Həyat yoldaşı ilə kirayə qalan R. Hacıyev ötən gün saat 16 radələrində evə gələrək işığı yandırmaq istəyərkən güclü partlayış baş verib. Nəticədə sahəsi 200 kvadratmetrdən artıq olan ev tamamilə dağılıb. R. Hacıyev isə ağır yanıq xəsarətləri alaraq Bakı şəhərindəki xəstəxanaların birinə aparılıb. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

22:13

Şəmkir rayonunun Təzəkənd kəndində güclü partlayış baş verib.

Ucarliyiq.biz "qafqazinfo"-ya istinadən xəbər verir ki, partlayış nəticəsində ev tamamilə dağılıb. Hadisə nəticəsində evdə kirayə qalan iki nəfər-ər-arvad ağır yaralanıb.

Yaralılar təcili olaraq xəstəxanaya çatdırılıblar. Hadisəyə səbəb kimi qaz sızması göstərilir.