» » » Toyda yeyib-içəndən sonra qətl törətdi - AZƏRBAYCANDA

Toyda yeyib-içəndən sonra qətl törətdi - AZƏRBAYCANDA

Toyda yeyib-içəndən sonra qətl törətdi - AZƏRBAYCANDA

Azərbaycanda qətl törətdiyi üçün axtarışda olan şəxs tutulub.

Ucarliyiq.biz DİN-ə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Sabunçu RPİ və İsmayıllı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə axtarışda olan Canbulad Hüseynov tutulub.

Bildirilir ki, C.Hüseynov bu ilin 6 sentyabr tarixində İsmayıllının Topçu kənd sakini, 40 yaşlı Hikmət Feyzullayevi kənddə toy məclisindən çıxarkən qətlə yetirib və 2 ay ərzində müxtəlif yerlərdə gizlənib.