» » » Cəbhədən həyəcanlı xəbərlər gəlir: Vəziyyət gərginləşib?

Cəbhədən həyəcanlı xəbərlər gəlir: Vəziyyət gərginləşib?

Cəbhədən həyəcanlı xəbərlər gəlir: Vəziyyət gərginləşib?

Düşmənlə təmas xəttində bu gün səhər saatlarından etibarən sükut yenidən pozulub. Belə ki, Ermənistan Silahlı Birləşmələri təmas xəttinin Ağdam, Füzuli və Tərtər istiqamətində iri çaplı silahlardan, minaatanlardan və ağır artilleriyadan ərazilərimizi atəşə məruz qoyublar.

Yerli sakinlərin Cebhe.info-ya verdiyi məlumata görə, təmas xəttinə yaxın ərazilərdə ağır arilleriyadan açılan atəşlər evləri silkələyir.

Digər məlumatlarda isə yaşayış massivlərinə, yollara mərmi düşdüyü qeyd edilir. "Nə baş verdiyini bilmirik, təlimdir, yoxsa atəş- müəyyən etmək olmur",- deyə sakinlər bildirib.

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı sözügedən məsələ ilə bağlı heç bir məlumatın olmadığını bildirib: "Hal-hazırda bizdə bu məsələ ilə bağlı heç bir məlumat yoxdur. Bu barədə bizə məlumat daxil olmayıb".

Qeyd edək ki, Cebhe.info əməkdaşı hazırda vəziyyətin gərginləşdiyi deyilən istiqamətə yola düşüb. Ən qısa zamanda son xəbərləri təqdim edəcəyik.
Xatırladaq ki, bu gün 9 noyabr "Bayraq günü" ilə əlaqədar olaraq Müdafiə Nazirliyi və mətbuat xidməti aprel döyüşlərində işğaldan azad edilmiş Lələtəpə yüksəkliyinə yürüş etməyi nəzərdə tutub.