» » » Bakıda ölən ərəblər ər-arvad olmayıb, burada tanış olub VƏ...YENİ FAKTLAR

Bakıda ölən ərəblər ər-arvad olmayıb, burada tanış olub VƏ...YENİ FAKTLAR

Bakıda ölən ərəblər ər-arvad olmayıb, burada tanış olub VƏ...YENİ FAKTLAR

Bakıda yol-nəqliyyat hadisəsində ölən ərəblərlə bağlı yeni faktlar açıqlanıb.

İordaniya səfirliyindən APA-ya verilən məlumata görə, qəzada ölən kişi Birləşmiş Ərəb Əmirliklərinin, qadın isə İordaniyanın vətəndaşı olub. Onlar ər-arvad olmayıblar. Hər iki şəxs turist kimi Azərbaycana gəlib və burada tanış olublar. Yol-nəqliyyat hadisəsi də onlar gəzməyə gedərkən baş verib.

Səfirlikdən həmçinin bildirilib ki, hazırda ölən şəxslərin meyitlərinin ölkələrinə göndərilməsi üçün müvafiq sənədləşmə işləri həyata keçirilir.

Qeyd edək ki,məlum hadisə noyabrın 5-də Qaradağ rayonunun Ələt qəsəbəsində qeydə alınıb. Şirvan şəhər sakini Rasim Abıyevin idarə etdiyi "Mercedes" və Sumqayıt şəhər sakini Elçin Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub.Nəticədə E.Məmmədovun sərnişinlərindən - Suhail Saeed Almeqbaali və Lamees Ziyad Mahmoud Jbareh hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə R.Abıyevin 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.