» » » Bakıda yol polisləri sürücünü döyüb bu hala saldılar - FOTO

Bakıda yol polisləri sürücünü döyüb bu hala saldılar - FOTO

Bakıda yol polisləri sürücünü döyüb bu hala saldılar - FOTO

Bakıda sürücü Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən döyülüb.

Ucarliyiq.biz bildirir ki, "Report"un əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonunun Binə qəsəbəsi, "Südçülük sovxoz"u adlandırılan ərazidə baş verib. Belə ki, Bakı-Masallı istiqamətində hərəkət edən 99 DC 866 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobus yol polisinin "Saxla" əmrinə tabe olaraq hərəkətini dayandırıb. Mikroavtobusun sürücüsü 1985-ci il təvəllüdlü Mirzəyev Elşən Şirinbəy oğlunun dediyinə görə, o, sənədləri yol polisinə təqdim edib. Məlum olub ki, mikroavtobusun sürücüsü üç ay əvvəl 200 manat məbləğində cərimə edilib. Buna görə maşının üzərinə həbs qoyulub. Polis əməkdaşları mikroavtobusu "Cərimə meydançası"na aparmaq istəyib. Buna etiraz edən sürücü E.Mirzəyev ilə Xəzər Rayon Dövlət Yol Polis İdarəsinə (DYPİ) məxsus 99 YP 240 dövlət qeydiyyat nişanlı Yol Patrul Xidmətinin (YPX) xidməti avtomobilində əyləşən polis əməkdaşları arasında mübahisə yaranıb, sonra isə dava düşüb. Nəticədə sürücü E.Mirzəyev döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. E.Mirzəyevə məxsus mikroavtobus isə cərimə meydançasına aparılıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

Bakıda yol polisləri sürücünü döyüb bu hala saldılar - FOTO
Bakıda yol polisləri sürücünü döyüb bu hala saldılar - FOTO