» » » Goranboyda təzə gəlinin bütün cehizi ev qarışıq yandı- VİDEO

Goranboyda təzə gəlinin bütün cehizi ev qarışıq yandı- VİDEO

Goranboyda təzə gəlinin bütün cehizi ev qarışıq yandı- VİDEO

ARB TV xəbər verir ki, Goranboy rayonunun Nizami kəndində yanğın baş verib. Kənd sakini Aquş Tağıyevə məxsus ümumi sahəsi 110 m² olan birmərtəbəli, kürsülü 3 otaqlı evin bütün otaqları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmasa da, ev yararsız hala düşüb.

Zərərçəkən Aquş Tağıyev: "Yas yerinə gedirdim, qonşular dedilər ki, eviniz yanır. Yollar da bağlıdır, yanğınsöndürənlər gec gəldilər. Gəlinin cehizlərinin yarısı yandı, yarısını çıxardıq. Qışın günü bu vəziyyətdə qaldıq".

Faktla bağlı araşdırma aparılır.