» » » Müəllimənin əri tərəfindən yandırılmasının ŞOK TƏFƏRRÜATI - YENİLƏNİB

Müəllimənin əri tərəfindən yandırılmasının ŞOK TƏFƏRRÜATI - YENİLƏNİB

Müəllimənin əri tərəfindən yandırılmasının ŞOK TƏFƏRRÜATI - YENİLƏNİB

Mahrızlı kənd İcra nümayəndəliyindən Publika.az-a bildirib ki, hadisə Kima Vəliyeva həyətdəki zibillərə od vurarkən baş verib.
Həyətdə zibilləri yandırarkən paltarı alışıb. Paltarını soyunana qədər bədənin müəyyən hissələri, xüsusən də ayaq nayihəsi yanıb. O, Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bədənində 3-cü dərəcəli yanıq olduğu bildirib, hazırda xəstəxanada müalicə alır. Lakin həkimlər vəziyyətini normal qiymətləndirir.
***
Ağdam rayonunda orta məktəb müəlliminin həyat yoldaşı tərəfindən yandırılması ilə bağlı təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, əri tərəfindən yandırılan 56 yaşlı Kima Vəliyeva rayon xəstəxanasına yerləşdirilib və müalicə olunur.

Hadisənin səbəblərinə gəlincə, bildirilir ki, K.Vəliyeva və həyat yoldaşı arasında xeyli müddət idi narazılıq varmış. Həyat yoldaşı İsmayıl Vəliyev xanımından evi tərk etməsini tələb edirmiş. Qadın isə çıxıb getməyə yerinin olmadığını, ailəsinin dağılmasını istəmədiyini deyib.
Bu gün növbəti dəfə eyni mövzuda mübahisə düşüb və xanımının getmədiyini görən İsmayıl onun dəftər-kitablarını yerə tökərək yandırmağa çalışıb. Kənd məktəbində müəllim işləyən qadın isə buna mane olmağa çalışıb və özünü yanan kitab-dəftərin üstünə atıb. Elə bu zaman 56 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda ər arvadını yandırıb.
Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Yanıq xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Vəliyeva Kima Zaman qızı polisə ilkin ifadəsində həyat yoldaşı İsmayıl Əliyev tərəfindən yandırıldığını bildirib.
Ağdam Rayon Polisi İdarəsindən verilən xəbərə görə, İ.Əliyev arvadı, K.Vəliyevanın üstünə benzin tökdükdən sonra od vurub.
K. Vəliyevanın müəllim olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır. (apa)