» » » Azərbaycan səhiyyəsində BİABIRÇILIQ: Həci xanım tibb bacısı əlil körpənin sırğasını qoparıb... – VİDEO

Azərbaycan səhiyyəsində BİABIRÇILIQ: Həci xanım tibb bacısı əlil körpənin sırğasını qoparıb... – VİDEO

Azərbaycan səhiyyəsində BİABIRÇILIQ: Həci xanım tibb bacısı əlil körpənin sırğasını qoparıb... – VİDEO

Tibbi Reabilitasiya Mərkəzində müalicə olunan Qurbanova Gözəl Vüqar qızının qızıl sırğalarının tibb bacısı tərəfindən oğurlandığı iddia olunur.

Ucarliyiq.biz bildirir ki, bu barədə Kanal 13-ə repartyor.az saytının baş redaktoru Arifə Əliyeva məlumat verib. Onun sözlərinə görə bibisi nəvəsi Gözəl həkimlərin səhvi ucbatından anadan olarkən travma alıb və qolundan əlildir. Buna görə də, müxtəlif xəstəxanalarda müalicə edilib. Sözü gedən oğurluk hadisəsinin də bu il sentyabırın 30-da baş verdiyi iddia olunur.

Heydər Əliyev Fondu hesabına sentyabırın 30-da Mərdəkan qəsəbəsində yerləşən Reabilitasiya Xəstənaxasına müalicə üçün yatırılan Gözəl Qurbanovanın müalicəsi 11 oktyabırda bitib.

Müalicə olunduğu müddətdə Gözəl xəstənaxada tək olub. Tibb bacısı prosedur qaydaları haqqında məlumat verdikdən sonra Gözəlin qızıl sırğalarını çıxarıb. Əlil qızcığaz heç bir söz demədən qızıl sırğalarını Tibb bacısına verib. Tibb bacısı da bildirib ki, qızıl sırğalarını mən saxlayıram, çıxarkən qaytarılacaq. Müalicəsi bitdiktən sonra uşağın sırğalarını tələb edən ailəyə tibb bacısı sırğaların itdiyini deyib.

"Dəfələrlə Uşaq Bərpa Mərkəzində, Uşağ Nevroloji Xəstənaxalarında müalicə alıb, amma belə biyabırçı vəziyyət hələ olmamışdı. Ümumiyyətlə səhiyyə sistemində rüşvətxorluq eşitmişdim amma bu qədərini yox",-deyən şikayətçi xanım başına gələnləri danışıb.

"Bir neçə gün əvvəl baş həkimlə görüşərək biabırçı vəziyyət haqqında məlumat verdim. Baş həkim bütün tibb bacılarını toplayaraq bildirdi ki, sırğanın pulunu onlar ödəyəcəklər. Bu gün gəldiyimdə isə baş tibb bacısı baş həkimin burada olmadığını bildirdi və söylədi ki, bizdə indiyə kimi belə bir prosedur olmayıb. Mətanət adında tibb bacısı uşağın qulağından qızıl sırğanın sapını kəsib götürüb. Xəbəri ictimailəşdirməkdə məqsədim növbəti dəfə başqaları qurbana çevrilməsin."

Jurnallistlər bu məsələ ilə bağlı araşdırma aparmaq üçün sözü gedən xəstəxanaya getsələr də, sualları cavabsız qalıb. Baş həkim bununla bağlı heç bir məlumat verməyib.