» » » Doğuş zamanı körpənin ciyərində... - Klinikadan ölüm açıqlaması

Doğuş zamanı körpənin ciyərində... - Klinikadan ölüm açıqlaması

Doğuş zamanı körpənin ciyərində... - Klinikadan ölüm açıqlaması

Bakıda doğuş zamanı ölən uşağın ciyərlərində problem olub.

Ucarliyiq.biz bildirir ki, bu barədə APA-ya hadisənin baş verdiyi "İnternational Medical Centre"dən bildirilib.

Qeyd olunub ki, ötən gün axşam saatlarında 1992-ci il təvəllüdlü Nərgiz Axundova doğuş üçün klinikaya müraciət edib. Doğuş cərrahi müdaxilə olmadan təbii üsulla həyata keçirilib. Həkimlərin səyinə baxmayaraq körpə doğuş vaxtı ölüb. İlkin ehtimala görə, ölümə körpənin ciyərinin açılmaması səbəb olub.

Klinikadan həmçinin bildirilib ki, hazırda hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.