» » » Azərbaycanda FACİƏ!20 günün əsgərinin ölümü anasının ürəyini partlatdı - FOTO

Azərbaycanda FACİƏ!20 günün əsgərinin ölümü anasının ürəyini partlatdı - FOTO

Azərbaycanda FACİƏ!20 günün əsgərinin ölümü anasının ürəyini partlatdı - FOTO

Bir neçə gün bundan əvvəl nəməlum şəraitdə həyatını itirən əsgər Nadir Süleymanovun anası da dünyasını dəyişib

Ucarliyiq.biz bildirir ki, interpress.az-ın əməkdaşı Nadir Süleymanovun evində olub. Mərhumun atası Pərviz Süleymanov bildirib ki, oğlu sağlam olub:

Azərbaycanda FACİƏ!20 günün əsgərinin ölümü anasının ürəyini partlatdı - FOTO
"Öz ayağı ilə Gəncə şəhər Mərkəzi Kiliniki Xəstəxanaya noyabr ayının 4-də gedib. Həkimlər ona pnevmaniya diaqnozu qoyublar. Sonra vəziyyəti pisləşib. Bizə zəng elədilər. Biz də durub Gəncəyə getdik. Biz gedəndə artıq komada idi. Oğlum noyabrın 5-də, saat 6 radələrində dünyasını dəyişdi. Dünən 3 mərasimi idi. Anası dedi dözməyəcəyim üçün mən də dünyamı dəyişəcəm. Elə dediyi kimi də oldu. Həyat yoldaşım Gülbahar Süleymanova dünən səhər saat 11-də ürəyi partladı. İndi hadisə ilə bağlı istintaq aparılır. Oğlum sağlam idi. Sadəcə çiynində çıxıq olduğuna görə 20 yaşında əsgər gedib. Belə heç bir problemi yox idi. Üç gün əvvəl mənlə danışdı. Dedi ki, bəs Andiçmə mərasiminə gələrsiz. Goranboyda N saylı hərbi hissəyə xidmət üçün yollanmışdı. Hər şey yaxşı idi. Birdən nə oldu anlamadım. Oğlumun ali təhsili yox idi. Elə orta məktəbi bitirib hərbi hissəyə yollanmışdı. Nə olduğunu bilmirəm. Mən Zakir Həsənovun da qəbuluna gedəcəm. Hazırda dediyim kimi Bakı şəhər Prokurorluğu istintaq aparır", – deyə əsgərin atası bildirib.

Azərbaycanda FACİƏ!20 günün əsgərinin ölümü anasının ürəyini partlatdı - FOTO