» » » Azərbaycanda qız anasını uçurumdan atdı, ANA ÖLÜMCÜL VƏZİYYƏTDƏ- Yenilənib

Azərbaycanda qız anasını uçurumdan atdı, ANA ÖLÜMCÜL VƏZİYYƏTDƏ- Yenilənib

Azərbaycanda qız anasını uçurumdan atdı, ANA ÖLÜMCÜL VƏZİYYƏTDƏ- Yenilənib

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində dəhşətli hadisə baş verib.

Ucarliyiq.biz-ın publika.az-a istinadən məlumatına görə, Gülzadə Həmzəyov adlı qız anası Şükufə Həmzəyova ilə qız uzun müddət yola getməyib. Buna görə də kəndin icra nümayəndəsi onlara vaqon verib ki, ayrı-ayrı yerlərdə yaşasınlar. Lakin bu da ana və qızın mübahisəsini səngitməyib. Nəticədə bu gün səhər 19-20 yaşı olduğu təxmin edilən Gülzadə Həmzəyov anası 70 yaşlı Şükufə Həmzəyovu kəndin yaxınlığındakı uçuruma gətirərək oradan aşağı atıb.

Təxminən 30-40 metr hündürlüyü olan uçurumdan düşən yaşlı qadını kənd sakinləri xilas edərək evə gətirib və polisi hadisə ilə bağlı məlumatlandırıblar. Qadın ölməsə də, bədənində çoxsaylı sınığın olduğu deyilir.

Qeyd edək ki, Gülzadə Həmzəyovun ruhi xəstə olduğu bildirilir. O, bir neçə gün öncə Bakıda ruhi müalicə alaraq İsmayıllıya qayıdıb.

***

Artıq polis hadisə yerinə gəlib.
Sakinlər Publika.az-a bildirib ki, qadın artıq xəstəxanaya aparılıb. Onun vəziyyəti ağır qiymətləndirilir və yaşamasının qeyri-mümkün olduğu ehtimal edilir. Hadisənin səbəbkarı Gülzadə Həmzəyov isə polis tərəfindən saxlanılıb.