» » » Qubada faciə!Gənc oğlan at arabasının altında qaldı

Qubada faciə!Gənc oğlan at arabasının altında qaldı

Qubada faciə!Gənc oğlan at arabasının altında qaldı

Quba rayonunda 30 yaşlı gənc arabanın altında qalıb.

Report xəbər verir ki, rayonun Alekseyevka kənd sakini, 1986-cı il təvəllüdlü Quliyev Şahin Şamil oğlu bağdan meyvə daşıyarkən, ata qoşulmuş arabanın altında qalıb.

Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yaralı "qarının küt travması, sağ qaş üstü nahiyəsinin cırılmış - əzilmiş yaraları" diaqnozu ilə qəbul olunub, hal-hazırda Cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.