» » » Onu sevmədiyi üçün qıza 26 bıçaq vurdu - Coratda dəhşətli qətl

Onu sevmədiyi üçün qıza 26 bıçaq vurdu - Coratda dəhşətli qətl

Onu sevmədiyi üçün qıza 26 bıçaq vurdu - Coratda dəhşətli qətl

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 24 yaşlı qızı öldürməkdə təqdirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Ağayev 19 il azadlıqdan məhrum edilib.

İttihama görə, 2016-ci il yanvar ayının 22-də Sumqayıt şəhərinin Corat qəsəbəsində C.Ağayev 1992-ci il təvəllüdlü Səbinə Salayevaya 26 bıçaq zərbələri endirməklə qətlə yetirib. Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb.

C.Ağayev qızı onu sevmədiyi üçün qətlə yetirdiyini bildirib./trend/