» » » Toyun pulunu ödəyə bilmədi, oğurluq etdi və ACI NƏTİCƏ

Toyun pulunu ödəyə bilmədi, oğurluq etdi və ACI NƏTİCƏ

Toyun pulunu ödəyə bilmədi, oğurluq etdi və ACI NƏTİCƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində toyunun xərcini ödəmək üçün oğurluq edən Niyaz Fərəməzov və tanışları Namiq Pirverdiyevlə Semran İlyasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Ucarliyiq.biz-ın "Qafqazinfo"ya verdiyi xəbərə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmə kollegiyasını hökmü ilə N. Fərəməzov 8 il, N.Pirverdiyev və S.İlyasov hər biri 7 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 1992-ci il təvəllüdlü Niyaz Fərəməzov özünə toy etmək üçün götürdüyü borcu qaytara bilmədiyinə görə oğurluğa əl atıb. Dostları da ona bu işdə tək qoymayıb və birlikdə qohumu Fərqanə İbrahimovanın evindən qızıl oğurlayıblar.