» » » Bakıda bacısını öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda bacısını öldürən şəxsin məhkəməsi başlayıb

Bakıda bacısını öldürən şəxsin məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını qətlə yetirməkdə təqsirləndirilən Emin Çobanovun məhkəməsi başlayıb.

Ucarliyiq.biz apa-ya istinadən bildirir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası noyabrın 23-ə təyin edilib.

Qeyd edək ki, bu ilin mayında Bakının Nərimanov rayonunda Emin Çobanov münaqişə zəminində bacısı Rübabəni mübahisə zəminində bıçaqla qətlə yetirib.