» » » Ər arvadını bıçaqlayıb yol kənarına atdı - BAKIDA

Ər arvadını bıçaqlayıb yol kənarına atdı - BAKIDA

Ər arvadını bıçaqlayıb yol kənarına atdı - BAKIDA

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Cebhe.info xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 38 yaşlı Xatirə Faiq qızı Bilalova keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb. O, huşsuz vəziyyətdə yol kənarında aşkar edilib. Əraziyə gələn polis əməkdaşları yaralını dərhal xəstəxanaya yerləşdiriblər.

X. Bilalovanın üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.