» » » Xoşqədəmin verilişində "yarım kub" iynə vurulan Saməddin kişi tapıldı – VİDEO

Xoşqədəmin verilişində "yarım kub" iynə vurulan Saməddin kişi tapıldı – VİDEO

Xoşqədəmin verilişində "yarım kub" iynə vurulan Saməddin kişi tapıldı – VİDEO

Kadrarxası görüntüləri yayılan "Səni axtarıram" verilişi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Ucarliyiq.biz bildirir ki, meydan tv-nin əməkdaşı yarım kub iynə vurularaq studiyaya xərəkdə gətirilən Saməddin kişi ilə görüşüb.

Saməddin kişi bunları deyib:

"Məni Xoşqədəm xanım gətirdi Sibirdən. Ayaqlarım işləmirdi. Altıma batırırdım. Sibirdən bura xərəkdə gətirilmişəm. Bunu hamı gördü, jurnalistlər də gördü. Gördülər ki, şalvarım batıb məni xərəkdə çıxardılar efirə".

Bu haqda Saməddin kişinin bacısı Nəcibə xanım da açıqlama verib. O bildirib ki, qardaşının studiyaya xərəkdə gətirilməsindən xəbərdar olub:

"Qardaşım xəstə və aqressiv idi. İndinin özündə də yeriyə bilmir. 5 addım gedə bilmir, ancaq dəmirlə hərəkət edir. Onun xərəklə studiyaya gətirilməsindən xəbərim olub. Hətta Xoşqədəm xanım mənim qulağıma pıçıldadı ki, qardaşım altını batırıb. Buna görə də o, studiyaya xərəkdə gətirildi".