» » » Tovuzda hamilə gəlinin ŞOK İNTİHARI: " Ana, məni gəlin aparın, yoxsa..."

Tovuzda hamilə gəlinin ŞOK İNTİHARI: " Ana, məni gəlin aparın, yoxsa..."

Tovuzda hamilə gəlinin ŞOK İNTİHARI: " Ana, məni gəlin aparın, yoxsa..."

Ötən ay Azərbaycanda baş verən ana ölümünün araşdırılması nəticəsində onun intihar hadisəsi olduğu məlum olub.

Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova APA-ya deyib ki, oktyabr ayı ərzində Azərbaycanda iki ana ölümü baş verib və onlar Tovuzda və Bakıda qeydə alınıb.

S.Məmmədovanın sözlərinə görə, Tovuz rayonunda baş verən ana ölümü hamiləliyin 24-25 həftəliyində qeydə alınıb: "Hadisənin araşdırılması zamanı məlum olub ki, 20-ci həftəyə qədər onun hamilə olmasından heç kimin xəbəri olmayıb. 20 həftəlikdə qadın başı ağrıdığı üçün həkimə aparılıb. Həkim onun hamilə olduğunu gördükdən sonra qeydiyyata alıb. Bu zaman müəyyən müayinələr təyin olunub və xəstə evə buraxılıb. Evə buraxılandan bir ay sonra telefonla anası ilə danışan qadın "Ana, gəlin məni aparın, yoxsa özümü öldürəcəm", - deyib və özünü zəhərləyib. Ölüm halı doğuş zamanı olmayıb. Zəhərlənmə nəticəsində körpə də ana bətnində ölüb. Cəsədin məhkəmə tibbi ekspertizasının nəticəsinə görə, qadının kimyəvi maddə ilə özünü zəhərlədiyi məlum olub. Patoloji rəyə görə, ana ölümünə amin qrupdan olan kimyəvi maddədən zəhərlənmə səbəb olub. Ana ölümünün araşdırılması zamanı aydın olub ki, əslində bu, intihar hadisəsidir".

S.Məmmədova vurğulayıb ki, digər ana ölümü Bakı şəhərində, Sabunçu rayonu 3 saylı Klinik Xəstəxanada qeydə alınıb. Onun sözlərinə görə, ana ölümü hamiləliyin 34-cü həftəsində qeydə alınıb: "Həmin hadisə zamanı ananın 7-ci hamiləliyi, qeysəriyyə yolu ilə isə 4-cü hamiləliyi olub. Axırıncı hamiləlik qeysəriyyə ilə nəticələndiyi üçün həkimlər bu qadına dünyaya uşaq gətirməyi qadağan ediblər. Lakin xanım həkimlərin məsləhətinə riayət etməyərək heç iki ay keçməmiş təkrarən hamilə qalıb və bunu hamıdan gizlədib. 5-6 aylığında qohumları onun hamilə olduğunu biləndə hamiləliyi sonlandırmağı təklif ediblər. Amma qadın razı olmayıb. Üçüncü qeysəriyyə kəsiyindən sonra qadının uşaqlığının üzərində üç çapıq olub. 5-6 aylığından başlayaraq cift həmin çapıq nahiyəsindən çölə doğru invalizə edib ki, bu hala ciftin ətə batması deyilir. O, 2-3 dəfə 3 saylı şəhər Klinik Xəstəxanasında müalicə üçün hospitalizasiya olunub. Hər dəfə həkimlər hamiləliyi sonlandırmağı təklif etsələr də, imtina edib. Axırıncı dəfə xəstəxanaya yerləşdiriləndə qadında kəskin ağrılar olub və həkimlərin səylərinə baxmayaraq, qanaxmanı saxlamaq mümkün olmayıb. Bunu nəzərə alan həkimlər səhər tezdən qan, plazma tədarükü görərək, iki anestezoloqun nəzarəti altında ananı əməliyyata götürüblər. Əməliyyat zamanı kəskin ürək-damar çatışmazlığı yaranıb, ana ölümü baş verib. Ananın dünyaya gələn övladı sağdır.

Bu gün də meyit yarılmadığından möhürlənmiş məhkəmə tibbi ekspertiza rəyi yoxdur. Amma təhlillər göstərir ki, stasionarda olan müayinələrin nəticələrində səbəb kimi dölyanı mayenin damara düşməsi, yəni trombo emboliya ehtimalı göstərilib. Respublikanın baş anestezioloq-reanimatoloqu Aydın Qədirov da rəy verib ki, xəstəliyin klinikasına görə, ana ölümü 90 faiz ehtimalla trombo emboliyadan baş verib.